“OpenAI” şirkəti “ChatGPT” daxilində “Health” bölməsini istifadəyə verib. Bu bölmə elektron tibbi kartları, eləcə də fitnes və sağlamlıq monitorinqi tətbiqlərini (məsələn, “Apple Health”, “Function”, “MyFitnessPal”, “Weight Watchers” və “Peloton”) qoşmağa imkan verir.
Bu məlumatlara əsaslanaraq “ChatGPT” qidalanma və məşqlərlə bağlı tövsiyələr verə, analiz nəticələrini “anlamağa” kömək edə, həkim qəbuluna hazırlaşmağa və ya istifadəçinin “davranış nümunələrini” nəzərə alaraq sığorta seçiminə dəstək göstərə biləcək. Şirkət vurğulayır ki, bot ixtisaslı tibbi mütəxəssisi əvəz etmir.
“Health” bölməsindəki çatlar və qoşulan tətbiqlərdən gələn məlumatlar digər dialoqlardan ayrı saxlanılır. Həmçinin şifrələmə ilə qorunan ayrıca “yaddaş” qeydlərindən istifadə olunur.
“OpenAI”nin daxili araşdırmasına görə, hər həftə 230 milyondan çox insan “ChatGPT”yə sağlamlıqla bağlı suallar verir — bu, platformanın ən populyar istifadə ssenarilərindən biridir.
Əvvəlcə bölmə beta rejimində sınaqdan keçiriləcək və istək siyahısına yazılmaq mümkün olacaq. Yaxın həftələrdə “ChatGPT Health” bütün istifadəçilər üçün, o cümlədən abunəsiz istifadəçilər üçün əlçatan ediləcək. Elektron tibbi kartlarla inteqrasiya isə yalnız ABŞ-də işləyəcək.








