İranda artıq iki həftədir ki, iqtisadi böhran və ali lider Əli Xameneinin rejimindən narazılıq fonunda genişmiqyaslı etiraz aksiyaları davam edir. Nümayişlər onlarla şəhəri əhatə edib. Hüquq müdafiəçilərinin məlumatına görə, hadisələr nəticəsində 500-dən çox insan həlak olub, 10 000-dən artıq şəxs saxlanılıb.
Banker.az bunu Bloomberg-ə istinadən xəbər verir.
Hakimiyyət isə etirazlara sərt repressiyalar, internetin və rabitənin bloklanması ilə cavab verir.
Mövcud vəziyyət dünya liderlərinin və maliyyə bazarlarının diqqətini cəlb edib. ABŞ prezidenti Donald Tramp İrana qarşı hədələr səsləndirib, hərbi zərbələrə və hətta mümkün rejim dəyişikliyinə hazır olduğunu bildirib. Bu fondda neftin qiyməti 5%-dən çox artıb.
İslam Respublikasının süqutu Yaxın Şərqdə güc balansını radikal şəkildə dəyişə və İranın müttəfiqlərinə ciddi zərbə vura bilər.

Bununla belə, ekspertlər hesab edirlər ki, yaxın dövrdə rejimin tam çöküşü az ehtimallıdır. Güc strukturları hələ də nəzarəti saxlayır və sərt şəkildə müdaxilə etməyə hazırdır.
Daha real ssenari kimi hakim elita daxilində dəyişikliklər və ya hakimiyyətdə hərbi qanadın mövqelərinin güclənməsi göstərilir.






