13 C
Baku
Monday, January 12, 2026

Birjada gümüşün qiyməti tarixi rekordu yeniləyib

“Comex” əmtəə birjasında gümüş üzrə mart fyuçersinin qiyməti tarixi rekordu yeniləyərək troya unsiyası üçün 84 dolları ötüb.

Bakı vaxtı ilə saat 13:50-yə olan məlumata görə, qiymətli metalın qiyməti 6,31% artaraq 84,3 dollara çatıb.

Yanvarın 12-də “Comex”də 2026-cı ilin fevralında tədarükü nəzərdə tutulan qızıl fyuçersinin qiyməti tarixdə ilk dəfə olaraq unsiya üçün 4600 dollardan yuxarı qalxıb.

“Reuters”in məlumatına görə, qiymətli metalların qiymətləri İranda baş verən hadisələr və ABŞ Federal Ehtiyat Sisteminin (FES) sədri Cerom Pauell barəsində aparılan cinayət istintaqı ilə bağlı artan geosiyasi qeyri-müəyyənlik fonunda investorların bu metalları aktiv şəkildə alması səbəbindən yüksəlib. Yanvarın 12-də Pauell bildirib ki, ABŞ Ədliyyə Nazirliyi onu cinayət ittihamı ilə hədələyir.

Son xəbərlər
Digər xəbərlər