8 C
Baku
Tuesday, January 13, 2026

“Alphabet”in bazar kapitallaşması ilk dəfə $4 trilyonu keçib

Yanvarın 12-də ticarətin açılışından sonra “Alphabet” korporasiyasının səhmləri 1,7% bahalaşıb və bunun nəticəsində şirkətin bazar kapitallaşması ilk dəfə 4 trilyon dolları keçib. Bununla da “Alphabet” dəyəri indiyədək bu həddi aşmış dünyada dördüncü şirkət olub — “Nvidia”, “Apple” və “Microsoft”dan sonra.

Bir neçə gün əvvəl “Alphabet” 2019-cu ildən bəri ilk dəfə “Apple”ı bazar kapitallaşmasına görə geridə qoyaraq, “Nvidia”dan sonra dünyanın dəyərinə görə ikinci şirkətinə çevrilib.

Ötən il “Alphabet-“n səhmləri 65% artıb, cari ilin əvvəlindən isə təxminən 5% yüksəlib. Analitiklərin qeyd etdiyinə görə, son dövrdə şirkət səhmlərinin artımı süni intellekt (AI) və bulud texnologiyaları sahəsində əldə etdiyi uğurlarla, xüsusən də yeni “Gemini 3” modelinə müsbət reaksiyalarla bağlıdır. Hazırkı artım, həmçinin “Apple”ın öz rəqəmsal köməkçisi “Siri”də süni intellekt texnologiyalarının inkişafı üçün “Gemini”ni seçdiyinə dair məlumatların yayılması ilə əlaqələndirilir.

Son xəbərlər
Digər xəbərlər