7 C
Baku
Tuesday, January 13, 2026

Bu avtobuslarda gedişhaqqı 10 qəpik artırılır

Yanvarın 17-dən Bakı-Sumqayıt istiqamətində fəaliyyət göstərən 594 və 595 nömrəli ekspres marşrutlarında gedişhaqqı 10 qəpik artırılaraq 90 qəpik təşkil edəcək.

Banker.az xəbər verir ki, sözügedən marşrutlar artıq əsas müntəzəm xətlərə alternativ kimi fəaliyyət göstərəcək.

Bu istiqamət üzrə yeni yaradılmış 500 və marşrutu uzadılmış 503 nömrəli avtobuslarda tarif dəyişilmir və 80 qəpik səviyyəsində qalır.

Xətlərdə hazırda 41ekoloji təmiz CNG mühərrikli avtobuslar istismar olunur.

Qeyd edək ki, hər zaman ekspres marşrutlarda qiymət müntəzəm marşrutlardan daha yüksək təyin olunur.

Son xəbərlər
Digər xəbərlər