Nyu-York Əmtəə Birjasında (NYMEX) və “Comex”də qiymətli metallar — platin, palladium, qızıl və gümüş — üzrə fyuçerslərin dəyəri 0,88–5,37% aralığında azalma nümayiş etdirir. Bu barədə ticarət meydançalarının məlumatlarında deyilir.
Bakı vaxtı ilə saat 09:30-a olan məlumata görə, mart 2026-cı il tədarüklü palladium fyuçersinin NYMEX-də qiyməti 5,37% azalaraq bir troya unsiyası üçün 1 800 dollar təşkil edib. Aprel 2026-cı il tədarüklü platin fyuçersinin qiyməti isə 3,47% enərək bir troya unsiyası üçün 2 303 dollara düşüb.
Eyni zamanda, “Comex” birjasında fevral 2026-cı il tədarüklü qızılın qiyməti 0,88% azalaraq bir troya unsiyası üçün 4 594,9 dollar olub. Mart 2026-cı il tədarüklü gümüş fyuçersinin dəyəri isə 4,11% azalaraq bir troya unsiyası üçün 87,625 dollar səviyyəsində formalaşıb.






