4 C
Baku
Thursday, January 15, 2026

Dünyanın ən böyük iqtisadiyyatları — Top 50-lik

İqtisadiyyatı 30,6 trilyon dollar dəyərində olan ABŞ qlobal iqtisadiyyatın mübahisəsiz lideri olaraq qalır və yaxın illərdə də bu mövqeyini qoruyacağı gözlənilir, bu barədə World Economic Outlook məlumatlarında deyilir.

Lakin ABŞ ölçü baxımından üstünlük təşkil etsə də, bir çox ölkə artım tempi və dinamika baxımından onu üstələyir. ABŞ-nin ən yaxın rəqibi olan Çin 2000-ci ildən bəri real ÜDM-ni orta hesabla ildə 8% artırıb. Hindistan, Vyetnam və Filippin kimi inkişaf etməkdə olan iqtisadiyyatlar da daha sürətli və davamlı artım dövrləri nümayiş etdiriblər.

Son 25 il ərzində ABŞ-də real ÜDM artımı orta hesabla 2,1% təşkil edib ki, bu da bir sıra digər inkişaf etmiş, yüksək gəlirli ölkələrdən xeyli yüksəkdir. Müqayisə üçün, bu dövrdə Yaponiya iqtisadiyyatı orta hesabla 0,6%, Almaniya isə 1% artım göstərib.

Avropada isə İrlandiya və Polşa kimi ölkələr müvafiq olaraq 5,2% və 3,6% səviyyəsində orta göstəricidən yuxarı artım qeydə alıblar. Xüsusilə İrlandiyada 10 ABŞ şirkəti ölkənin korporativ vergi gəlirlərinin təxminən 60%-ni formalaşdırır.

Ümumilikdə, real ifadədə Çindən daha sürətlə böyüyən iri iqtisadiyyat olmayıb. 2000-ci ildən bəri Çinin iqtisadiyyatı 1,2 trilyon dollardan 19,4 trilyon dollara yüksəlib. Bu artım qlobal istehsal və ticarətdə artan təsiri ilə təmin olunub.

2025-ci ildə Hindistan Böyük Britaniyanı geridə qoyaraq dünyanın beşinci ən böyük iqtisadiyyatı olub.

image 2026 01 15T142159.151

Son 25 ildə Hindistanın orta artım tempi (6,4%) Çinin (8,0%) göstəricisindən aşağı olsa da, son illərdə bu tendensiya dəyişib. Məsələn, 2026-cı ildə Hindistanın 6,3%, Çinin isə cəmi 4,0% artım göstərəcəyi proqnozlaşdırılır.

Bu səbəbdən Hindistanın 2026-cı ildə Yaponiyanı keçərək dünyanın dördüncü ən böyük iqtisadiyyatı olması, daha sonra isə üçüncü yerdə qərarlaşan Almaniyanı hədəf alması ehtimal olunur.

Son xəbərlər
Digər xəbərlər