4 C
Baku
Thursday, January 15, 2026

“OpenAI” onlayn tərcümə üçün “ChatGPT Translate” alətini işə salıb

“OpenAI” şirkəti “ChatGPT Translate” tərcümə alətini işə salıb. Alət veb-sayt vasitəsilə işləyir. Tərcümə üçün 30 dil seçimi mövcuddur. Qeyd edək ki, saytda qeydiyyat tələb olunmur.

İnterfeys “Google Translater”ə bənzəyir, lakin burada kontekst, ədəbi üslub, jarqon və idiomların mənası nəzərə alınmaqla daha çox simvolu bir dəfəyə tərcümə etmək mümkündür.

32aba0ce 8af9 5776 a641 ab2425a490a5

Burada həmçinin sürətli komandalar mövcuddur, məsələn, işgüzar, danışıq və ya uşaqlar üçün sadələşdirilmiş üslub seçmək mümkündür. Bu seçimlərdən biri aktivləşdirildikdə sorğu əsas “ChatGPT” çat-botuna yönləndirilir.

“ChatGPT Translate” səhifəsində xidmətin şəkillərin tərcüməsini dəstəklədiyi qeyd olunur. Bundan başqa, alət smartfon brauzerində açıldıqda səsli daxiletmə üçün mikrofon görünür. Hazırda bu funksiyalar test rejimində işləyir və bəzən fasilələrlə müşahidə olunur.

Son xəbərlər
Digər xəbərlər