0 C
Baku
Thursday, January 15, 2026

Nazir onu idarə rəisi təyin etdi

Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinə yeni rəis təyin edilib.

Gənclər və İdman naziri Fərid Qayıbovun əmri ilə sözügedən vəzifəyə Elşən Hüseynov təyin olunub.

Yeni rəis daha əvvəl Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik tərbiyəsi sektorunun müdiri olub.

Qeyd edək ki, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elvin Quliyev bir neçə gün əvvəl vəzifəsindən azad edilib.

Son xəbərlər
Digər xəbərlər