3 C
Baku
Monday, January 19, 2026

“Sequoia Capital” “Anthropic”ə investisiya qoyur: AI-startapı $350 mlrd. dəyərlə $25 mlrd. cəlb etməyi planlaşdırır

“Sequoia Capital” “Anthropic”ə investisiya qoymağı planlaşdırır — süni intellekt startapı 350 milyard dollar dəyərləndirmə ilə 25 milyard dollar cəlb etməyə hazırlaşır.

“Financial Times” mənbələrə istinadla yazır ki, fond “iri məbləğ” yatıracaq, lakin dəqiq rəqəm açıqlanmır. “Sequoia Capital” investisiya raundunda “Coatue” və Sinqapurun suveren fondu GIC ilə birgə iştirak edəcək. “Bloomberg” və “The Wall Street Journal” 2026-cı ilin yanvarında bildirmişdi ki, “Coatue” və GIC hər biri startapa 1,5 milyard dollar yatıracaq.

Mənbələrin sözlərinə görə, 2025-ci ilin noyabrında “Microsoft” və “Nvidia” “Anthropic”ə ümumilikdə 15 milyard dollara qədər investisiya yatırmaq öhdəliyi götürüblər. Bu vəsaitlər də cari investisiya raundunun bir hissəsi olacaq.

Ümumilikdə “Anthropic” 350 milyard dollar qiymətləndirmə ilə 25 milyard dollar cəlb etməyi planlaşdırır. Qalan 10 mlrd dolları vençur fondları və digər investorlar yatıracaq. Müqayisə üçün: 2025-ci ilin sentyabrında “Anthropic” 183 milyard dollar qiymətləndirmə ilə 13 milyard dollar cəlb etmişdi.

“Anthropic” 2021-ci ildə çat-bot ChatGPT-nin yaradıcısı olan “OpenAI”nin keçmiş əməkdaşları tərəfindən təsis edilib. Şirkətin məhsulları arasında 30 saatadək fasiləsiz avtonom işləyə bilən “Claude Sonnet 4.5”, “Claude Haiku 4.5” modeli və proqramçılar üçün “Claude Code” aləti yer alır.

Son xəbərlər
Digər xəbərlər