2025-ci ilin yekunlarına görə Çinin əhalisi 3,39 milyon nəfər azalaraq 1,4 milyarda düşüb. Bu barədə Çinin Dövlət Statistika İdarəsinin məlumatlarında deyilir.
2025-ci il ərzində doğulanların sayı 7,92 milyon nəfər olub, doğum səviyyəsi hər min nəfərə 5,63 təşkil edib. Ölənlərin sayı isə 11,31 milyon nəfər olub, ölüm səviyyəsi hər min nəfərə 8,04 olub. Əhalinin təbii artımı mənfi olub və hər min nəfərə -2,41 təşkil edib.
Statistikada materik Çinin əhalisi üzrə məlumatlar əks etdirilir. Buraya Honq-Konq, Makao və Tayvan, eləcə də xarici vətəndaşlar daxil edilmir.
Əvvəllər Çin əhalinin sayına görə dünyada birinci yeri tuturdu. 2023-cü ilin yanvarında məlum olub ki, bu göstərici üzrə onu Hindistan geridə qoyub — həmin vaxt Hindistanın əhalisi 1,423 milyard nəfər təşkil edib. BMT Hindistanın Çinı əhalinin sayına görə ötəcəyini proqnozlaşdırsa da, bunun daha gec baş verəcəyini gözləyirdi.






