Azərbaycan və İordaniya gömrük işi sahəsində əməkdaşlıq edəcək.
Bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin yanvarın 21-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.






