Mərakeş Kralı VI Məhəmməd ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Qəzza zolağındakı vəziyyəti həll etmək üçün yaradılan “Sülh Şurası”nda iştirak edəcək.
Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin xüsusi açıqlamasında bildirilib.
“Əlahəzrətləri ABŞ Prezidenti Donald Trampdan “Sülh Şurası”nın təsisçi üzvü kimi qoşulmaq üçün dəvət alıb və bu dəvəti məmnuniyyətlə qəbul edib. Mərakeş Krallığı “Sülh Şurası”nın təsis nizamnaməsini təsdiqləyir”, – açıqlamada deyilir.
Qeyd edək ki, Kral VI Məhəmməd İslam Əməkdaşlıq Təşkilatının Qüds Komitəsinin sədridir və onun əsas fəaliyyətləri şəhərin mənəvi və sivilizasiya əhəmiyyətini qorumaqla yanaşı, tolerantlıq və sülh dəyərlərinin qorunması və yayılması mərkəzi kimi rolunu qorumaqdır.







