1 C
Baku
Wednesday, January 21, 2026

ABŞ Karib dənizində “Sagitta” tankerini saxlayıb

ABŞ Silahlı Qüvvələri Karib hövzəsində “Sagitta” tankerini saxlayıb. Məlumata görə, gəmi Liberiya bayrağı altında üzüb və ABŞ-nin sanksiya siyahısına daxildir.

ABŞ-nin Cənub Komandanlığının “X” sosial şəbəkəsində yaydığı açıqlamada bildirilir ki, “bu addım Venesuelanı tərk edən neftin düzgün və qanuni yollarla tədarük edilməsinə zəmanət verməklə ölkənin qətiyyətini nümayiş etdirir”. Qurum əlavə edib ki, gəminin ələ keçirilməsi zamanı heç bir insident baş verməyib.

“AFP”nin məlumatına görə, tanker dekabrın əvvəlində ABŞ prezidenti Donald Tramp tərəfindən sanksiya altında olan gəmilərin bloklanması elan edildikdən sonra saxlanılan yeddinci gəmi olub. Yanvarın 7-də ABŞ qüvvələri Rusiya bayrağı altında üzən “Marinera” tankerini də saxlayıb və gəmi konvoyla Şotlandiya sahillərinə aparılıb.

Son xəbərlər
Digər xəbərlər