4 C
Baku
Wednesday, January 21, 2026

Unun topdan satış qiymətləri açıqlandı – MÜQAYİSƏLİ SİYAHI

Azərbaycanın un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisələrinin qiymətləri 19 yanvar 2026-cı il üçün açıqlanıb.

Banker.az-ın apardığı monitorinqlərə əsasən aylıq müqayisədə bəzi istehsalçılarda qiymətlər artıb, bəzilərində azaltsa da bir çoxunda isə dəyişməyib.

Qarabağ un MMC-də qiymət 27.40 manatdan 27.50 manata yüksəlib, fərdi sahibkar Cəfərli Tural isə 27.55 manatdan 27.60 manata qalxıb.

Azalma müşahidə olunan məntəqələr arasında KARAT HOLDİNG MMC-nin Şəki filialı var, burada qiymət 27.70 manatdan 27.60 manata düşüb. Orxan UN MMC-də qiymət 27.65 manatdan 27.60 manata, Ağsu Taxıl MMC-də 27.80 manatdan 27.60 manata, Ungrano MMC-də isə 28.00 manatdan 27.80 manata enib.

Digər istehsalçılarda qiymətlər sabit qalıb. Səma fərdi firmasında isə qiymət məlum deyil. Ümumilikdə, istehsalçıların əksəriyyətində qiymətlər dəyişməyib, yalnız bir neçə məntəqədə 5–20 qəpik dəyişiklik qeydə alınıb.

32432423432

Son xəbərlər
Digər xəbərlər