2025-ci ildə Azərbaycan 1 267 322.44 ton buğda idxal edib.
Banker.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu həcmdə buğdanın dəyəri 275 milyon 626 min ABŞ dolları təşkil edib.
Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 2%, dəyər baxımından isə 1.5% azalıb.
2024-cü ildə isə Azərbaycana 279 milyon 682 min dollar dəyərində 1 292 027 ton buğda idxal edilmişdi.
Hesabat dövründə buğda idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 1.13%-ni təşkil edib.






