4 C
Baku
Wednesday, January 21, 2026

Bloomberg: “Alibaba” süni intellektin inkişafı üçün Çinin CNNP şirkəti ilə birləşir

Çinin internet nəhəngi “Alibaba Group Holding” süni intellekt (Sİ) üçün lazım olan gücü təmin etmək məqsədilə atom energetikası sahəsində fəaliyyət göstərən aparıcı Çin şirkətlərindən biri ilə birlikdə elektrik enerjisi istehsalı üzrə müəssisə yaradıb. Bu barədə “Bloomberg” xəbər verir.

Bildirilir ki, “Alibaba” “China National Nuclear Power” (CNNP) və bir sıra digər tərəfdaşlarla bu həftə nizamnamə kapitalı 250 milyon yuan (35,9 milyon dollar) olan birgə müəssisə təsis edib.

Qeydiyyat sənədlərində əməkdaşlıq sahələri arasında enerji istehsalı göstərilir, “Bloomberg” bildirir. Alibaba nümayəndələri məsələ ilə bağlı şərh verməyib.

“Bloomberg” yazır ki, aparıcı texnologiya şirkətləri gələcəkdə elektrik enerjisinin əlçatanlığı ilə bağlı artan narahatlıq keçirir, hökumətlər isə bunun enerji qiymətlərinə təsirindən ehtiyatlanır. ABŞ prezidenti Donald Tramp administrasiyası hazırda texnologiya şirkətlərini yeni elektrik stansiyalarının tikintisinin maliyyələşdirilməsinə cəlb etməyə yönəlmiş genişmiqyaslı plan irəli sürür. Bu plan süni intellektin inkişafını sürətləndirə və kommunal xidmətlər üzrə ödənişlərə mənfi təsiri azaltmağa kömək edə bilər.

“Alibaba”nın baş icraçı direktoru Eddi Vu 2025-ci ilin sentyabrında bildirib ki, şirkət fevral ayında elan edilmiş 380 milyard yuan (53 milyard dollar) həcmindən əlavə olaraq Sİ modellərinə və infrastrukturun inkişafına xərcləri artırmağı planlaşdırır. Bu vəsaitlərin üç il ərzində xərclənməsi nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər