2025-ci ildə Azərbaycana xarici ölkələrdən 117 milyon 965 min dollar dəyərində 47 min 641 ton ət idxal olunub.
Banker.az buu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
2024-cü ildə Azərbaycana 129 milyon 556 min dollar dəyərində 58 min 689 ton ət idxal olunmuşdu.
Belə ki, illik müqayisədə ət idxalı dəyər ifadəsilə 9% artıb, miqdar ifadəsilə 19% azalıb.
Hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 0.48%-ni təşkil edib.





