Azərbaycanın 2025-ci ilin ilk 11 ayı üzrə smartfon idxalı 1 milyon 198.9 min ədəd təşkil edib və idxalın dəyəri 394.51 milyon ABŞ dolları olub.
Banker.az xəbər verir ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə idxal olunan smartfonların sayı 7.29% azalsa da, dəyər ifadəsində idxal 8.03% artıb.
2025-ci ilin ilk 11 ayında Azərbaycana idxal olunan smartfonlarda əsas pay Çin və Vyetnamın payına düşüb. Çin mənşəli smartfonlar 954.3 min ədəd olmaqla ümumi idxalın 79.60%-ni təşkil edib, dəyər ifadəsində isə 302.35 milyon ABŞ dolları ilə ümumi idxalın 76.64%-nə bərabər olub.
Vyetnamdan idxal 230.5 min ədəd səviyyəsində olub ki, bu da həcmin 19.22%-ni, dəyər baxımından isə 84.07 milyon ABŞ dolları ilə 21.31%-ni təşkil edib.
Hindistanın payı daha məhdud olub: 13 201 ədəd və ya 1.10%, dəyər ifadəsində isə 7.86 milyon ABŞ dolları ilə 1.99%.
Orta idxal qiymətinə gəldikdə, 2025-ci ilin ilk 11 ayında bir smartfonun orta idxal qiyməti təxminən 329 dollar olub. 2024-cü ilin eyni dövründə bu göstərici 282 dollar səviyyəsində idi. Beləliklə, orta idxal qiyməti illik müqayisədə 16.52% artıb.
|
2025-ci ilin ilk 11 ayında smartfon idxalı |
||
| Miqdar, ədəd | Dəyər, min $ | |
| Cəmi | 1,198,858 | 394,506.81 |
| Çin | 954,327 | 302,348.98 |
| Vyetnam | 230,456 | 84,069.89 |
| Hindistan | 13,201 | 7,856.04 |
| İndoneziya | 606 | 168.32 |
| Koreya Respublikası | 230 | 27.60 |






