“Monetri” Bank Olmayan Kredit Təşkilatı MMC 2026-cı ilin ilk yarısını 1,57 milyon manat xalis mənfəətlə başa vurub. Şirkətin 30 iyun 2026-cı il tarixinə bölüşdürülməmiş xalis mənfəəti 19,41 milyon manata çatıb.
Banker.az xəbər verir ki, hesabat dövrünün sonunda BOKT-un aktivləri 38,86 milyon manat təşkil edib. Bu, 2025-ci ilin sonundakı 35,20 milyon manatla müqayisədə 10,4% artım deməkdir.
“Monetri”nin xalis kredit portfeli altı ayda 3,9% artaraq 29,05 milyon manatdan 30,19 milyon manata yüksəlib. İyun sonuna ümumi kreditlər 31,72 milyon manat, kredit itkiləri üzrə xüsusi ehtiyat isə 1,52 milyon manat olub.
BOKT-un öhdəlikləri 2025-ci ilin sonu ilə müqayisədə 13,3% azalaraq 9,45 milyon manata düşüb. Bunun 9,03 milyon manatını banklardan cəlb edilmiş kreditlər təşkil edib.
Şirkətin kapitalı isə altı ayda 21% artaraq 29,41 milyon manata çatıb. Bunun 10 milyon manatı nizamnamə kapitalının, 19,41 milyon manatı isə bölüşdürülməmiş mənfəətin payına düşüb.







