Azərbaycanda iki yeni lizinq şirkəti dövlət qeydiyyatına alınıb.
Banker.az xəbər verir ki, “Oliqarx Lizinq” Məhdud Məsuliyyətli Cəmiyyəti 3 oktyabr 2025-ci il tarixində dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 10 manat təşkil edir. Hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/68, ev 12, mənzil 46 ünvanında yerləşir. Cəmiyyətin qanuni təmsilçisi Əliməmmədov Turan Mehdi oğludur.
Bununla yanaşı, “Dayaq Leasing” Məhdud Məsuliyyətli Cəmiyyəti də 1 oktyabr 2025-ci il tarixində dövlət qeydiyyatına alınıb. Bu şirkətin də nizamnamə kapitalı 10 manatdır. Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 26, mənzil 179, məhəllə 554-də yerləşir. Şirkətin qanuni təmsilçisi Fərzəliyev Rauf Tofiq oğludur.







