12 C
Baku
Saturday, February 14, 2026

Mərkəzi Bank iki bankın vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb edib

Azərbaycan Mərkəzi Bankı ölkədə fəaliyyətdə olan iki kommersiya bankının vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb edib.

Banker.az bunu AMB-yə istinadən xəbər verir.

Belə ki, “Yelo Bank” ASC tərəfindən “Banklar və xarici bankların yerli filialları tərəfindən tərtib edilən prudensial hesabatların forması, məzmunu və təqdim edilməsi Qaydası”nın tələblərinin pozulmasına görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci maddəsinin tələbləri rəhbər tutularaq, İnzibati Xətalar Məcəlləsinin 439.2-ci maddəsinə əsasən “Yelo Bank” ASC-nin vəzifəli şəxsi 1 500 manat məbləğində cərimə edilmişdir. Hesabatlıq forması üzrə pozuntular bankın maliyyə dayanıqlılığına təhdid yaratmır.

2025-ci ilin sentyabrında “Unibank” KB ASC tərəfindən “Banklar və xarici bankların yerli filialları tərəfindən tərtib edilən prudensial hesabatların forması, məzmunu və təqdim edilməsi Qaydası”nın tələblərinin pozulmasına görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci maddəsinin tələbləri rəhbər tutularaq, İnzibati Xətalar Məcəlləsinin 439.2-ci maddəsinə əsasən “Unibank” KB ASC-nin vəzifəli şəxsi 2 000 manat məbləğində cərimə edilmişdir.

AMB-dən bildirilir ki, hesabatlıq forması üzrə pozuntular hər iki bankın maliyyə dayanıqlılığına təhdid yaratmır.

Son xəbərlər
Digər xəbərlər