Azərbaycan Respublikasının Mərkəzi Bankı balansında olan bir sıra daşınmaz əmlakları hərraca çıxarır.
Banker.az xəbər verir ki, 25 fevral 2026-cı il tarixində saat 10:00-da torpaq sahələrinin satışı üzrə hərrac keçiriləcək. Hərraca müxtəlif rayonlarda yerləşən, ümumi sahələri fərqli olan torpaq sahələri çıxarılıb.
Hərraca çıxarılan əmlaklar əsasən Oğuz, Neftçala və Xaçmaz rayonlarının kəndlərində yerləşir. Torpaq sahələrinin start qiymətləri 106 640 manatdan başlayaraq 2 688 237,32 manata qədər dəyişir.
| S/N | Daşınmaz əmlakın növü | Daşınmaz əmlakın ünvanı | Sahəsi (ha) | Start qiyməti (manatla) | 5% beh (manatla) |
| 1 | Torpaq sahəsi | Oğuz rayonu, Muxas kəndi | 1,00 | 146762.68 | 7338.13 |
| 2 | Torpaq sahəsi | Oğuz rayonu, Muxas kəndi | 18,3169 | 2688237.32 | 134411.86 |
| 3 | Torpaq sahəsi | Neftçala rayonu, Astanlı kəndi | 56,00 | 481600 | 24080 |
| 4 | Torpaq sahəsi | Neftçala rayonu, Aşağı Surra kəndi | 50,00 | 430000 | 21500 |
| 5 | Torpaq sahəsi | Neftçala rayonu, Yeniqışlaq kəndi | 12,40 | 106640 | 5332 |
| 6 | Torpaq sahəsi | Neftçala rayonu, Yeniqışlaq kəndi | 50,00 | 430000 | 21500 |
| 7 | Torpaq sahəsi | Neftçala rayonu, Yeniqışlaq kəndi | 62,60 | 538360 | 26918 |
| 8 | Torpaq sahəsi | Xaçmaz rayonu, Aşağıoba kəndi | 0,70 | 273000 | 13650 |
| 9 | Torpaq sahəsi | Xaçmaz rayonu, Aşağıoba kəndi | 1,40 | 546000 | 27300 |
| 10 | Torpaq sahəsi | Xaçmaz rayonu, Aslanoba kəndi | 2,368 | 923520 | 46176 |





