Milyarder İlon Mask böyük siyasətə qayıdır və ABŞ-də 2026-cı il aralıq seçkilərində Respublikaçıların seçki kampaniyasını maliyyələşdirmək niyyətindədir.
Məlumata görə, dünyanın ən varlı insanı artıq Respublikaçılar partiayasından olan senatorluğa namizədə 10 milyon dollar ayırıb. Bildirilir ki, son həftələr Maskın siyasi komandası rəqəmsal layihələr və mesajların kütləvi yayımı üzərində işləyəcək mümkün podratçılarla görüşlər keçirib.
“Wall Street Journal” qəzetinin yazdığına görə, Mask 2024-cü ildə Trampa və respublikaçılara dəstək məqsədilə təxminən 300 milyon dollar xərcləyib və bununla da ABŞ-də ən böyük açıq siyasi donor statusunu qazanıb. Nəşr hesab edir ki, hazırkı yaxınlaşma Maskın administrasiya üzərində təsir kanalını qoruyub saxlamasına, Ağ Evin isə onun maliyyə resurslarına və texnoloji infrastrukturuna çıxış əldə etməsinə imkan verən praqmatik alyans kimi qiymətləndirilir.







