5 C
Baku
Monday, January 26, 2026

S&P: Azərbaycan bankları bu il də dayanıqlılığını qoruyacaq

Azərbaycanda bankların gəlirliliyi və kapitallaşma səviyyəsi kredit portfelinin artımı və aktivlərin keyfiyyətinin sabit olması ilə dəstəklənəcək.

Bankr.az xəbər verir ki, bu barədə “Standard&Poors” beynəlxalq reytinq agentliyi bildirir.

“S&P” bildirir ki, özəl sektorun aşağı borclanma səviyyəsi maliyyə dayanıqlılığını dəstəkləyir.

Agentliyin rəyinə görə, Azərbaycanda bank sektorunun tənzimləmə və nəzarət çərçivəsinin təkmilləşdirilməsi fonunda bank sektoru riskləri üzrə trend baxışını “stabil”dən “pozitiv”ə doğru dəyişib.

Sektorda risk əsaslı nəzarətin tətbiqi və kapitalın strukturu üzrə Bazel III standartlarına keçid bank nəzarətinin effektivliyini artırır.

Tənzimləyici, Azərbaycan Mərkəzi Bankı islahatlar bank sektorunun uzunmüddətli maliyyə sabitliyini dəstəkləyir.

Son xəbərlər
Digər xəbərlər