Faktorinq xidmətləri götərən “Ferrum Kapital” QSC 2025-ci ilin 9 ayını 2 milyon 798 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2024-cü ilin 9 ayında 5 milyon 907 min manat xalis mənfəət ilə bağlayıb ki, bu da illik müqayisədə 2 dəfə azalma deməkdir.
Banker.az bu barədə şirkətin maliyyə hesabına istinadən xəbər verir.
“Ferrum Kapital”ın faiz gəlirləri 2024-cü ilin yanvar-sentyabr aylarında 18 milyon 279 min manat ikən, 2025-ci ilin yanvar-sentyabr aylarında 14 milyon 322 min manat təşkil edib (22% azalma).
Hesabat dövründə şirkətin cəmi aktivləri 73 milyon 778 min manatdan 73 milyon 433 min manata, cəmi öhdəlikləri 53 milyon 459 min manatdan 51 milyon 748 min manata düşüb, cəmi kapitalı isə 20 milyon 319 min manatdan 21 milyon 685 min manata çatıb.
Səhmdar strukturuna görə, əsas paylar Demirçi Qafar Aydın oğluna (68%) və Habib Zadeh Mohammad Rezaya (23%) məxsusdur. Digər kiçik paylar isə “AQA Şirkətlər Qrupu” QSC (4,5%) və “Vesta Investment” QSC (4,5%) arasında bölüşdürülüb.






