6 C
Baku
Wednesday, January 28, 2026

Prezident DİN ilə bağlı fərman imzaladı

“Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Gürcüstanın Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

Bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycanın Daxili İşlər Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Azərbaycanın Xarici İşlər Nazirliyi isə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Gürcüstan Hökumətinə bildiriş göndərəcək.

Qeyd edək ki, sözügedən Saziş 2025-ci il noyabrın 21-də Tbilisi şəhərində imzalanıb.

Son xəbərlər
Digər xəbərlər