Bakı Fond Birjasında 29 yanvar 2026-cı il tarixində “FINCA Azerbaijan” MM QBKT tərəfindən buraxılan istiqrazların hərracı uğurla yekunlaşıb.
Banker.az xəbər verir ki, buraxılış çərçivəsində hər biri 100 ABŞ dolları nominal dəyərə malik olmaqla 10 000 ədəd istiqraz yerləşdirilib. İstiqrazlar üzrə illik gəlirlilik faizi 9% müəyyən edilib və faiz ödənişləri ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 təqvim ayından bir həyata keçiriləcək. İstiqrazların tədavül müddəti 24 aydır.
Hərrac zamanı sifarişlərin ümumi həcmi nominal dəyər üzrə 1 milyon ABŞ dolları olub və buraxılış tam reallaşdırılıb. Hərrac qiyməti 100 ABŞ dolları səviyyəsində formalaşıb. Yerləşdirmədə 51 investor iştirak edib və ümumilikdə 51 sifariş qeydə alınıb.
İstiqrazların yerləşdirilməsi üzrə anderrayter qismində “Unicapital İnvestisiya Şirkəti” ASC çıxış edib.
| Emitentin adı | “FINCA Azerbaijan” MM QBKT |
| Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2013019206 |
| İstiqrazların növü və forması | Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar |
| Ticarət üsulu/forması | Kütləvi/ Birqiymətli hərrac |
| İstiqrazların sayı | 10,000 ədəd |
| İlkin ticarət qiyməti | 100 ABŞ dolları |
| Buraxılış həcmi | 1,000,000 ABŞ dolları |
| İllik gəlirlilik faizi | 9% |
| Ödəmə periodu | İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir |
| Tədavül müddəti | 24 ay |
| Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) | 1,000,000 ABŞ dolları |
| Reallaşdırılmış həcm | 1,000,000 ABŞ dolları |
| Hərrac qiyməti | 100 ABŞ dolları |
| İnvestor sayı | 51 |
| Sifariş sayı | 51 |
| Anderrayter | “Unicapital İnvestisiya Şirkəti” ASC |







