8 C
Baku
Friday, January 30, 2026

“Microsoft”un bazar dəyəri $357 milyard azalıb

Cümə axşamı “Microsoft” səhmlərinin aktiv satışı nəticəsində şirkətin bazar kapitallaşması 357 milyard dollar (və ya 10%) azalıb. Nəticədə, ticarət sessiyasının sonunda texnologiya nəhəngi 3,22 trilyon dollar dəyərində qiymətləndirilib. Bu barədə “Bloomberg” də daxil olmaqla aparıcı dünya KİV-ləri məlumat yayıb.

Səhmlərin kəskin satışına səbəb şirkətin açıqladığı hesabat olub. Hesabatda bulud xidmətləri satışlarının artım tempinin zəifləməsi və eyni zamanda süni intellektin inkişafına yönəldilən investisiyaların rekord həddə çatması göstərilib. Məlumatların dərcindən dərhal sonra çıxış edən analitiklər məhz bu iki məqama xüsusi diqqət yetiriblər. Məsələn, UBS analitiklərinin qeydlərində bildirilir: “Biz hesab edirik ki, Microsoft bu investisiyaların düzgün olduğunu sübut etməlidir”.

Cümə axşamı qeydə alınan nəticə şirkət üçün 2020-ci ildən bəri ən pis göstərici olub. Bazar dəyərinin azalması isə miqyasına görə ötən il “DeepSeek” şirkətinin süni intellekt modelinin təqdimatından sonra “Nvidia”nın 593 milyard dollar ucuzlaşmasından sonra ikinci ən böyük eniş sayılır.

Son xəbərlər
Digər xəbərlər