0 C
Baku
Wednesday, February 4, 2026

“Mars Overseas Baku”nun kapitalı 91 mln. manata qaldırılıb

Azərbaycanın iri alkoqolsuz içki istehsalçısı “Pepsi Bottlers Azerbaijan”ın ( “Mars Overseas Baku LTD” MMC-nin nizamnamə kapitalı artırılıb.

Banker.az xəbər verir ki, son bir ildə şirkətlər qrupunun nizamnamə kapitalı 20 milyon manat və ya 28% artırılıb.

Bununla da kapitalı 70.69 mln. manatdan 90.69 mln. manata qaldırılıb.

Xatırladaq ki, “Mars Overseas” fəaliyyətinə 1999-cu ildə başlayıb. Şirkətin əsas fəaliyyəti meyvə şirələri, qazlı və qazsız içkilər, kompotlar və “snack”lərin istehsalı və satışıdır. Hal-hazırda bir çox adda məhsul istehsal edilir. Onların arasında “PEPSİ”, “MIRINDA”, “MOUNTAIN DEW”, “7UP”, “JALƏ”, “ЗОЛОТОЙ САД” və “NATURA”, “MIA”, “I’M TEA” əsas brendlər sayılır.

Bu istehsallar, şirkətə məxsus olan “Qəbələ Konserv Zavodu”, “Lənkəran Konserv Zavodu”, “Quba Konserv Zavodu” istehsal müəssisələrində aparılır.

Son xəbərlər
Digər xəbərlər