0 C
Baku
Thursday, February 5, 2026

Xocavənddə 80 fərdi evin təmirinə 4.7 milyon manat ayrıldı

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsi tərəfindən Xocavənd rayonunun Qırmızı Bazar–Tağaverd kəndində fərdi yaşayış evlərinin təmiri ilə bağlı satınalma həyata keçirilib.

Banker.az xəbər verir ki, layihə üzrə işləri “Azər İnşaat Quraşdırma Təmir Tikinti” MMC və “Frekans Construction and Energy Company” MMC-nin yaratdığı konsorsium yerinə yetirəcək.

Müqaviləyə əsasən, kənd ərazisində yerləşən 80 fərdi yaşayış evində təmir işləri aparılacaq. Təmir olunacaq evlərin ümumi sahəsi 13 600 kvadratmetr təşkil edir.

Görüləcək işlərin dəyəri 4 746 339,69 manat məbləğində qiymətləndirilir.

Son xəbərlər
Digər xəbərlər