Cümə axşamı gümüşün qiyməti iki günlük artımı dayandıraraq 16% kəskin ucuzlaşıb. Spot bazarda gümüşün qiyməti 9%-dən çox azalaraq unsiya üçün 80 dollara enib. Nyu-Yorkda gümüş fyuçersləri isə 5% ucuzlaşaraq 79,6 dollar/unsiya səviyyəsində olub.
Keçən həftə cümə günü baş verən 30%-lik enişdən az əvvəl gümüş rekord artım göstərmişdi — LSEG məlumatına görə, 2025-ci ilə qədər qiymət təxminən 146% yüksəlmişdi.
Analitiklər son qiymət dalğalanmalarının əsas səbəbi kimi fiziki tələbatı yox, spekulyativ kapital axınlarını, kredit çiyinliyindən (leverage) istifadəni və opsion ticarətini göstərirlər.
Analitik Qarq hesab edir ki, gümüşə fundamental tələbat arqumentləri qüvvədə qalır, lakin spekulyativ mövqelər tam bağlanana qədər gözləməyi tövsiyə edir. Gümüş sənaye və texnologiyada geniş istifadə olunur — günəş enerjisi panelləri, katalizatorlar, elektronika və digər sahələrdə.
Çərşənbə günü dərc olunan “Goldman Sachs” analitik qeydlərində bildirilir ki, qiymətlər enərkən dilerlərin hedcinqi alışdan satışa keçib. Bu isə investorların stop-orderlərinin işə düşməsinə və sistem üzrə zərərlərə səbəb olub.
Gümüşdəki korreksiya qızıl ilə müqayisədə daha güclü olub. Buna səbəb London bazarında likvidliyin daha məhdud olması və bunun dalğalanmaları gücləndirməsidir.
Goldman Sachs həmçinin qeyd edib ki, volatilliyin vaxt çərçivəsi göstərir ki, bazar hərəkətlərinin böyük hissəsi Çin yox, Qərb kapital axınlarından qaynaqlanıb. Kəskin dəyişikliklərin əksəriyyəti Çin fyuçers bazarları bağlı olarkən baş verib.
Gümüşün yüksək volatilliyi səbəbindən onu getdikcə “mem” səhmlərlə müqayisə edirlər. Məsələn, “GameStop” — 2021-ci ildə “Reddit”də pərakəndə investorların kütləvi alışları nəticəsində qlobal fenomenə çevrilmiş videooyun pərakəndə satış şirkəti.
Analitiklər xəbərdarlıq ediblər ki, gümüşün qiymətləri dayanıqlı səviyyələrdən uzaqlaşıb və ticarət getdikcə “mem” aktiv davranışını xatırladır.
“Interactive Brokers”in baş strateqi Stiv Sosnik bildirib ki, qiymətli metallar mövzusu geniş ictimai diqqət çəkib və impuls əsaslı ticarət digər spekulyativ aktivlərdəki ən böyük hərəkətləri belə geridə qoyub.
Spot qızılın qiyməti isə 1%-dən bir qədər az enərək müvafiq olaraq 4918,7 və 4938 dollar/unsiya səviyyəsinə düşüb.






