İsmayıllıda 1250 hektar əkin sahəsi üçün suvarma infrastrukturu yaxşılaşdırılacaq.
Banker.az xəbər verir ki, Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti Publik Hüquqi Şəxsi tərəfindən İsmayıllı rayonunun İvanovka kəndində 1250 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması işləri üzrə satınalma müsabiqəsi elan edilib.
Layihəni həyata keçirəcək şirkət “İsmayıllı Tikinti-27” ASC-dir.
İşlərin təxmin edilən dəyəri 7 570 368 manat təşkil edir.







