Argentina və ABŞ qarşılıqlı mallara tətbiq edilən yüzlərlə rüsumun ləğvini nəzərdə tutan ticarət və investisiya sazişləri imzalayıblar. Bu barədə “Bloomberg” məlumat yayıb.
Argentinanın əsas xarici siyasət qurumunun məlumatına görə, ABŞ Argentina məhsullarına tətbiq olunan 1600-dən çox qarşılıqlı rüsumu ləğv etməyə razılaşıb. Öz növbəsində, Buenos-Ayres hökuməti Amerika məhsullarına tətbiq olunan 220-dən çox rüsumdan imtina edəcək.
Ötən ilin dekabr ayının əvvəlində ABŞ prezidenti Donald Tramp bəzi tarifləri azalda biləcəyini istisna etməmişdi. Söhbət ABŞ sakinlərinin çox bahalı hesab etdiyi bəzi idxal mallarının rüsumlardan azad edilməsindən gedirdi. Buna, məsələn, qəhvə, banan və mal əti daxildir.
Həmin ilin noyabrında Tramp Braziliyadan idxal olunan bəzi mallara tətbiq edilən rüsumları ləğv etmişdi. Daha əvvəl oxşar qərar Argentina, Ekvador, Qvatemala və Salvador tədarüklərinə də şamil olunmuşdu.






