1 C
Baku
Tuesday, February 10, 2026

BYD Trampın tariflərinə görə Ağ Evi məhkəməyə verib

Çinin elektrik avtomobil istehsalçısı BYD ABŞ prezident administrasiyasına qarşı iddia qaldıraraq işi “U.S. Court of International Trade”yə təqdim edib. Şirkət bildirir ki, ABŞ prezidenti Donald Tramp Çindən idxal olunan elektromobillər də daxil olmaqla bir çox məhsula yüksək idxal rüsumları tətbiq etməklə səlahiyyətlərini aşıb.

BYD Trampın fərmanları ilə tətbiq edilmiş bütün rüsumların ləğvini, həmçinin 2025-ci ilin aprelindən bəri artan tariflərlə bağlı yaranmış zərərin ödənilməsini tələb edir.

Bu, Trampın tətbiq etdiyi rüsumlara qarşı Çin avtomobil istehsalçısının qaldırdığı ilk iddiadır. Lakin daha əvvəl müxtəlif ölkələrdən minlərlə şirkət də tariflərlə bağlı məhkəməyə müraciət edib. 2025-ci ilin mayında “U.S. Court of International Trade” qərara almışdı ki, Tramp tərəfindən tətbiq edilən bəzi rüsumlar qanunsuzdur, çünki prezident fövqəladə iqtisadi vəziyyətlə bağlı federal qanuna istinad edərək tariflər tətbiq etmək səlahiyyətinə malik deyil. Buna baxmayaraq, sonradan ABŞ administrasiyası yeni idxal rüsumları tətbiq etməyə davam edib.

Son xəbərlər
Digər xəbərlər