17 C
Baku
Saturday, May 4, 2024

“Aqrolizinq” minik avtomobilləri alır

“Aqrolizinq” ASC iki lot üzrə açıq tender elan edib. Birinci lot üzrə 7 ədəd minik avtomobilinin alınması, ikinci lot üzrə isə 1 ədəd 8+1 yerli mikroavtobusun alınması nəzrədə tutulub. 

Təkliflərin qiymətləndirilməsində aşağı qiymət, müqavilələrin yerinə yetirilmə müddəti və şərtlər toplusunda digər qiymətləndirmə üçün tələb olunan tələblərə uyğunluğa üstünlük veriləcək.

Maraqlananlar əsas şərtlər toplusunu lot-1 üzrə 200 manat və lot-2 üzrə 200 manat məbləğində iştirak haqqını ödədikdən sonra Bakı şəhəri Bakıxanov qəsəbəsi, Bünyadov küçəsi,12 ünvanından ala bilərlər. İddiaçılar tenderdə iştirak etmək üçün tender təklifi və 1% bank təminatı istisna olmaqla tələb olunan sənədləri iyulun 27-dək təqdim etməlidir. Tender təklifi və bank təminatı avqustun 4-ü saat 17:00-a qədər təqdim olunmaldır. Zərflərin açılması proseduru avqustun 5-də iddiaçının özünün və ya etibarnaməsi əsasında onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə “Aqrolizinq”in konfrans zalında keçiriləcək.

Report

Son xəbərlər
 ⁠
Digər xəbərlər