6 C
Baku
Thursday, February 12, 2026

SOCAR keçən il qaz hasilatını 7.8 mlrd. kub-metrə qaldırıb

2025-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 66 min metr qazma işləri həyata keçirilib.

Banker.az xəbər verir ki, şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlardan 7.1 milyon ton neft və 7.8 milyard kubmetr qaz hasil olunub. Şirkət üzrə təbii qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.4% artıb.

Ölkə üzrə qaz hasilatı isə 2024-cü illə müqayisədə 2.1% artaraq 51.5 milyard kubmetr təşkil edib. Ümumilikdə, ötən il Azərbaycanda 27.7 milyon ton neft hasil olunub.

Hesabat dövründə SOCAR tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri 16.1 milyon ton olub. Bu göstəriciyə şirkətin öz hasilatı ilə yanaşı, ölkədə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan və Azərbaycan dövlətinə, eləcə də SOCAR-a məxsus mənfəət payları da daxildir.

Ölkə üzrə təbii qaz ixracı 25.2 milyard kubmetr, daxili istehlak isə 13.2 milyard kubmetr təşkil edib. Elektrik enerjisinin istehsalında bərpa olunan enerji mənbələrinin payının artması nəticəsində ölkə daxilində təbii qaz sərfiyyatı 3.1% azalıb.

Ötən il SOCAR tərəfindən 6.2 milyon tondan çox neft və 3 milyard kubmetrdən çox qaz emal edilib. Hesabat dövründə neft emalı 2024-cü illə müqayisədə 7.2% artıb.

Bundan əlavə, SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 2.2 milyon ton neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib.

Son xəbərlər
Digər xəbərlər