5 C
Baku
Thursday, February 12, 2026

Pezeşkian etirazlara görə hakimiyyətin günahkar olduğunu bildirib

İran Prezidenti Məsud Pezeşkian ölkədə baş vermiş etirazlarla bağlı hakimiyyətin məsuliyyət daşıdığını etiraf edib.

Dövlət başçısı Qolestan vilayətinə səfəri zamanı çıxış edərək bildirib ki, gənclərin küçələrə çıxması hökumətin problemlərə adekvat reaksiya verə bilməməsi ilə bağlıdır.

“Əgər bizim gənclərimiz küçələrə çıxıblarsa, deməli günah bizdədir və onların narahatlıq və qayğılarına lazımi şəkildə cavab verə bilməmişik”, – deyə Pezeşkian vurğulayıb.

Bu arada ABŞ-da fəaliyyət göstərən “İranda İnsan Haqları Uğrunda Fəallar” (HRANA) agentliyi ölkədə 28 dekabr 2025-ci ildən etibarən iqtisadi çətinliklər fonunda başlayan etirazlar zamanı ölənlərin sayının 7 002 nəfərə çatdığını açıqlayıb. Agentliyin məlumatına görə, toqquşmalar zamanı 52 941 nəfər saxlanılıb. Həlak olanlar arasında 214 təhlükəsizlik qüvvəsi əməkdaşı da var.

HRANA hazırda daha 11 730 hadisə üzrə məlumatların dəqiqləşdirildiyini bildirir.

Qeyd edək ki, rəsmi Tehran indiyədək etirazlar zamanı itkilərlə bağlı açıqlanan rəqəmləri təsdiqləməyib.

MənbəMODERN.AZ
Son xəbərlər
Digər xəbərlər