13 C
Baku
Friday, February 13, 2026

ASAN Xidmətin strukturunda dəyişiklik olub

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinnin (ASAN Xidmət) strukturunda dəyişiklik baş verib.

Banker.az xəbər verir ki, Analitik təhlil və statistika şöbəsi bundan sonra Data təhlili və süni intellekt həlləri şöbəsi kimi fəaliyyət göstərəcək.

Audit şöbəsi isə yenidən təşkil edilərək Satınalmaların təşkili və müqavilələrin idarəedilməsi şöbəsi kimi fəaliyyət göstərəcək.

Hazırda struktur belədir:

  1. Beynəlxalq əlaqələr şöbəsi
  2. İctimaiyyətlə əlaqələr şöbəsi
  3. Elektron sənəd dövriyyəsi şöbəsi
  4. Hüquqi təminat şöbəsi
  5. İKT infrastrukturunun idarəedilməsi və İT xidmətlərinin təşkili şöbəsi
  6. İnsan resurslarının idarəedilməsi şöbəsi
  7. Maliyyə və təminat şöbəsi
  8. Nəzarət və qiymətləndirmə şöbəsi
  9. “YAŞAT” Fondu ilə iş şöbəsi
  10. Əmək münasibətlərinin monitorinqi mərkəzi şöbəsi
  11. Çağrı mərkəzi şöbəsi
  12. Data təhlili və süni intellekt həlləri şöbəsi
  13. Səyyar xidmətlərin təşkili şöbəsi
  14. Layihələrin idarə edilməsi və texnoloji həllər şöbəsi
  15. Dövlət xidmətlərinin dizaynı və innovasiyalar şöbəsi
  16. Satınalmaların təşkili və müqavilələrin idarəedilməsi şöbəsi
  17. “ASAN müraciət” ilə iş sektoru
  18. İnformasiya təhlükəsizliyi sektoru

 

Son xəbərlər
Digər xəbərlər