Azərbaycan və Serbiya arasında ticarət dövriyyəsi 135 milyon dollara çatıb

Azərbaycan və Serbiya arasında ticarət dövriyyəsi 135 milyon ABŞ dollarına çatıb.

Bunu maliyyə naziri Sahil Babayev Serbiyanın milli bayramı – Dövlətçilik Günü ilə bağlı Bakıda keçirilən tədbirdə deyib.

“2025-ci ildə Serbiyadan idxalımız 55 faiz artıb”, – nazir qeyd edib.

O həmçinin investisiya sahəsində əməkdaşlığın genişləndiyini vurğulayıb: “Bu günə kimi Serbiyadan Azərbaycanın qeyri-neft sektoruna yönəldilən investisiyalar təxminən 10 milyon ABŞ dollarına çatıb”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər