Asiya ölkələrindən Hindistan və Pakistandan Azərbaycana turist axını 2025-ci ildə azalsa da, Uzaq Şərqdəki ölkələrdən artım olub. 2025-ci ildə Cənubi Asiya, Uzaq Şərq və Cənub-Şərqi Asiya ölkələrindən Azərbaycana təxminən 314 min nəfər turist gəlib. Onların Azərbaycanda çəkdiyi ümumi xərclər təxminən 607 mln. manat təşkil edib.
Banker.az bunu Dövlət Statistika Komitəsinin göstəricilərinə istinadən xəbər verir.
2025-ci ildə Hindistandan Azərbaycana 157 min nəfər turist gəlib. 2024-cü ildə bu göstərici 236 min nəfər idi və beləliklə turist sayı illik müqayisədə təxminən 33 faiz azalıb. Hindistanlı turistlərin xərcləri 2025-ci ildə 332 mln. manat, 2024-cü ildə isə 520 mln. manat olub. Adambaşına düşən xərclər 2025-ci ildə 2 116 manat, 2024-cü ildə isə 2 209 manat təşkil edib.
Pakistandan gələn turistlərin sayı 2025-ci ildə 71 min nəfər, 2024-cü ildə isə 75 min nəfər olub və təxminən 5 faiz azalma qeydə alınıb. Xərclər 2025-ci ildə 130 mln. manat olub ki, halbuki 2024-cü ildə 134 mln. manat olub. Adambaşına düşən xərclər 2025-ci ildə olaraq 1 842 manat təşkil edib.
Uzaq Şərq üzrə Çindən gələn turistlərin sayı 2025-ci ildə 58 min nəfər olub ki, bu da illik müqayisədə təxminən 44 faiz artım deməkdir. Xərclər 99 mln. manat səviyyəsinə yüksəlib (2024: 74 mln. manat). Adambaşına düşən xərclər 2025-ci ildə 1 708 manat (2024: 1.834 manat) olub.
Koreya Respublikasından gələn turistlərin sayı 16 min nəfər olub və illik müqayisədə təxminən 16 faiz artıb. Onların xərcləri 25 mln. manat təşkil edib (2024: 21 mln. manat). Adambaşına düşən xərclər 2025-ci ildə 1 628 manat (2024: 1.547 manat) olub.







