ABŞ Prezidenti Donald Tramp bu gün Cenevrədə İranla nüvə məsələsi üzrə keçiriləcək danışıqlarda “dolayı yolla” iştirak edəcəyini bildirib.
Banker.az xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasında deyib.
“Mən bu danışıqlarda dolayı yolla iştirak edəcəyəm. Bu, çox vacib olacaq. Ümid edirəm ki, Tehran ötən il ABŞ-ın ölkəyə endirdiyi zərbələri və sərt mövqeyinin mümkün nəticələrini nəzərə alaraq Vaşinqtonla razılaşma əldə etmək istəyir”, – o qeyd edib.
Tramp əlavə edib ki, İran çətin danışıqlar aparan tərəfdir:
“Onlar razılaşma bağlamaq istəyirlər. Düşünmürəm ki, razılaşmadan imtinanın nəticələri ilə üzləşmək istəsinlər. Ümid edirəm ki, onlar daha rasional davranacaqlar”, – ABŞ prezidenti vurğulayıb.
Xatırladaq ki, fevralın 6-da Omanda İran-ABŞ danışıqlarının ilk raundu keçirlib.
Danışıqların növbəti raundu bu gün Cenevrədəkeçiriləcək.






