14 C
Baku
Tuesday, February 17, 2026

Azərbaycanla BƏƏ aqrar sahədə əməkdaşlığa dair razılığa gəlib

Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında aqrar sahədə əməkdaşlığı genişləndirmək məqsədilə birgə işçi qrupunun yaradılması, kənd təsərrüfatı sahəsində Anlaşma Memorandumunun hazırlanaraq imzalanması barədə ilkin razılıq əldə olunub.

Banker.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bununla bağlı müzakirələr Azərbaycanda səfərdə olan BƏƏ-nin iqlim dəyişikliyi və ətraf mühit naziri Amna bint Abdulla Əl Dahak Əl Şəmsinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə əldə olunub.

Bildirilib ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədov iki ölkə arasında əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensialın olduğunu deyib. O qeyd edib ki, keçirilən müzakirələr Azərbaycanla BƏƏ arasında aqrar sahədə əməkdaşlıq perspektivlərini araşdırmağa və yeni tərəfdaşlıq yaratmağa imkan verir.

Qeyd olunub ki, ixrac yönümlü məhsullar haqqında müntəzəm məlumat mübadiləsi aparmaq, hər iki ölkədə keçirilən beynəlxalq sərgilərdə qarşılıqlı iştirak etmək imkanlarını araşdırmaq vacibdir. M.Məmmədov iki ölkə arasında konkret sahələr üzrə əməkdaşlığın genişləndirilməsi üçün hüquqi bazanın formalaşdırılmasının vacibliyini vurğulayıb.

BƏƏ-nin iqlim dəyişikliyi və ətraf mühit naziri isə deyib ki, ölkəsi Azərbaycanla aqrar sahədə əməkdaşlığı genişləndirməkdə maraqlıdır. BƏƏ-nin dünya miqyasında daha etibarlı qida təchizatı zənciri yaratmaq üçün beynəlxalq əməkdaşlıqların qurulmasının vacibliyinə diqqət çəkən nazir bu baxımdan Bakıda keçirdiyi görüşləri müsbət qiymətləndirib.

Görüşdə Azərbaycan və BƏƏ arasında kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsinin artırılması, heyvandarlıq və kənd təsərrüfatının digər sahələrinə investisiya qoyuluşu imkanları, aqrar sahədə yeni texnologiyaların tətbiqi və digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

Ssu7n78reMIIAEgdXkjCfYf0E5Zryxtljp1fgqhb 1200 1 AuTn0OIxB118JuZWoZOuHxC0sG8SuZT1vWLzMbc3 1200 1 emdx0WzlYIATTLKAJsSlcwdxd6BVIPUTa1ilCXyR 825 1

Son xəbərlər
Digər xəbərlər