Azərbaycanda qeyri-qida istehlak mallarının istehsalı, idxalı və satışı mərhələlərində təhlükəsizliyə nəzarətin gücləndirilməsi məqsədilə yeni qanunvericilik təşəbbüsləri hazırlanaraq hökumətə təqdim olunub.
Bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov bildirib.
Onun sözlərinə görə, layihələr Türkiyənin Ticarət Nazirliyinin ekspertlərinin iştirakı ilə hazırlanıb və qeyri-qida mallarının texniki reqlamentlərin tələblərinə uyğun şəkildə düzgün etiketlənməsini təmin etməyə yönəlib.
“Təşəbbüslər həmçinin saxta, təhlükəli məhsulların dövriyyəyə buraxılmasının qarşısının alınmasına xidmət edir. Bu yanaşma istehlakçıların sağlamlığının və təhlükəsizliyinin qorunmasına, eləcə də bazarda ədalətli rəqabət mühitinin formalaşmasına töhfə verəcək”, – deyə sədr bildirib.






