11 C
Baku
Wednesday, February 18, 2026

“Nvidia” “Arm” şirkətindəki qalan payını satıb

ABŞ korporasiyası “Nvidia” Böyük Britaniyanın çip istehsalçısı “Arm” şirkətində qalan payını satıb. Bu barədə “Bloomberg” yazır.

Tənzimləyici orqanlara təqdim edilən sənədlərə əsasən, “Nvidia” 2025-ci ilin dördüncü rübünün sonunda “Arm”ın 1,1 milyon səhmini təxminən 140 milyon dollar məbləğində satıb.

“Nvidia” 2020-ci ildə “Arm” şirkətini 40 milyard dollara almağı planlaşdırırdı. Lakin dünya üzrə tənzimləyici qurumların ciddi təzyiqi səbəbindən ABŞ şirkəti bu sövdələşmədən imtina edib.

“Nvidia” hazırda dünyanın ən bahalı şirkətidir. 17 fevral tarixində keçirilən ticarət sessiyasının yekunlarına görə onun bazar kapitallaşması 4,5 trilyon dollar təşkil edib, 2025-ci ilin oktyabrında isə tarixdə ilk dəfə 5 trilyon dollar həddini keçib.

Bundan əlavə, “Nvidia” texnologiya sektorunda iri investordur və “Intel”, “Nokia”, “CoreWeave” və “Synopsys” kimi şirkətlərdə paylara malikdir.

Son xəbərlər
Digər xəbərlər