2025-ci ilin yekununda Azərbaycanda kirayə qiymətləri 2024-cü ilin yekunu ilə müqayisədə 7,8 % çox olub.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Pul Siyasəti İcmalı”nda bildirilir.
Sənədə əsasən, adı çəkilən xidmət üzrə qiymətlərin artım tempi ötən ilin ortalarında nisbətən aşağı düşsə də, sentyabrdan yüksəlib.
Bundan başqa, hesabat dövründə ilkin mənzil bazarında qiymətlər orta hesabla 12,7 %, təkrar mənzil bazarında isə 12,2 % artıb.






