2025-ci ildə Azərbaycanın təzə xurma ixracı həm həcm, həm də dəyər baxımından artıb. Qiymətlər illik müqayisədə 4% bahalaşıb. MDB ölkələrinin 2025-ci ildə xurma ixracındakı nisbi payı 97.8%-dən 88.2%-yə enib.
Banker.az xəbər verir ki, ölkənin ümumi ixrac 187.55 min ton təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 21.56% çoxdur. İxracın dəyəri 144.19 mln. dollar olub və illik artım 26.86% təşkil edib. 2024-cü ildə bu göstərici 113.66 mln. dollar idi.
Bir ton xurmanın orta ixrac qiyməti 2025-ci ildə 769 dollar olub. 2024-cü ildə isə bu göstərici 737 dollar idi. Beləliklə, orta qiymət 4.36% artıb.
Əsas bazar yenə də Rusiya olaraq qalır. Rusiyaya ixrac 141.87 min tona yüksəlib və 106.52 mln. dollar təşkil edib. Həcm illlik 7.2%, dəyər isə 10.68% artıb. Orta qiymət 751 dollar olub ki, bu da ötən ilin 727 dolları ilə müqayisədə 3.25% bahalaşma deməkdir.
Türkiyəyə ixracda isə sıçrayış qeydə alınıb. 2025-ci ildə bu ölkəyə 21.4 min ton xurma ixrac edilib və dəyər 14.33 mln. dollar olub. Həcm 667.04%, dəyər isə 666.19% artıb. Orta qiymət 669 dollar olub və demək olar ki, sabit qalıb.
Ukraynaya ixrac 17.41 min ton təşkil edib və 16.82 mln. dollar olub. Həcm 8.24%, dəyər isə 29.90% artıb. Orta qiymət 966 dollar olub ki, bu da əvvəlki ilin 805 dolları ilə müqayisədə 20.01% artım deməkdir.
Belarusa ixrac 3.65 min tona çatıb və 4.11 mln. dollar təşkil edib. Həcm 389.38%, dəyər isə 388.71% artıb. Orta qiymət 1 126 dollar olub.
Qazaxıstana ixrac 1.60 min ton və ya 856.45 min dollar olub. Həcm 44.07%, dəyər isə 15.22% artıb. Orta qiymət illik 19.99% ucuzlaşmaqla 533.73 dollar olub.
Birləşmiş Ərəb Əmirliklərinə ixrac 713.44 ton və 793.84 min dollar olub. Həcm 4.41%, dəyər isə 27.96% artıb. Orta qiymət 1 112.69 dollar olub və 22.55% yüksəlib.






