“Ərizəçi “AECOM Exp Russia Limited” şirkətinin iflas haqqında iddia ərizəsi əsasında borclu ləğv prosesində olan “Xəzri Solutions” MMC-nin müflis elan olunması ilə əlaqədar Bakı Kommersiya Məhkəməsində e-2-2(113)-10403/2025 saylı iş üzrə məhkəmə baxışı 24.02.2026-cı il tarixinə, saat 12.30-a təyin edilmişdir.
Banker.az xəbər verir ki, debitor və kreditorlar Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilərlər.
Ünvan: AZ1040, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, O.Əfəndiyev küçəsidir.
Xatırladaq ki, “Gilan Holding” Məhdud Məsuliyyətli Cəmiyyəti 2023-cü ilin ikinci rübündən etibarən “Xəzri Solutions” Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılıb.







