2025-ci ildə Azərbaycandan soya yağının idxalı 169,181 ton təşkil edib və 79,685 mln. dollar dəyərində olub.
Banker.az xəbər verir ki, 2024-cü illə müqayisədə ixrac həcmi 16 faiz artıb, lakin ümumi dəyər 5 faiz azalıb.
Bir tonun qiyməti 2024-cü ildə 576 dollar olduğu halda, 2025-ci ildə 471 dollara düşüb.
Azərbaycanın soya idxalı üçün əsas bazar yenə də Argentina olub. 2025-ci ildə bu Argentinadan ölkəmizə 128.5 min ton məhsul ixrac edilib və 60,68 mln. dollar gəlir əldə olunub. Ötən illə müqayisədə həcm 18 faiz artsa da, dəyər 4 faiz azalıb.
Rusiyadan idxal 29.3 ton olub və 14.1 mln. dollar təşkil edib. 2024-cü illə müqayisədə həcm 10 faiz artıb, lakin gəlir 9 faiz azalıb.
Ukraynaya ixrac isə 11.4 min ton və 4.9 mln. dollar olub. Bu istiqamətdə tonda 11 faiz artsa da, dəyər 9 faiz azalıb.






