İslam İnkişaf Bankının (IDB) İcraçı Direktorlar Şurası Azərbaycanda kənd təsərrüfatı məhsuldarlığının artırılması məqsədilə 436,7 milyon ABŞ dolları vəsaitin ayrılmasını təsdiqləyib.
Banker.az IDB-yə istinadən xəbər verir ki, vəsaitlər suvarma suyu itkilərinin əhəmiyyətli dərəcədə azaldılmasına və Azərbaycanın 2030-cu ilə qədər milli prioritetlərinə uyğun olaraq kənd yerlərinin dayanıqlı inkişafının təşviqinə yönəldiləcək.
Layihə həmçinin “yaşıl artım”a, iqlim dayanıqlılığının gücləndirilməsinə və uzunmüddətli ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfə verəcək.






